Archive

Posts Tagged ‘Əbülfəz Qurbanlı Cabbar Savalan’

SAMA AXCP üzvünün həbsini pisləyib

February 7, 2011 Leave a comment

AXCP ÜZVÜNÜN HƏBSİ PİSLƏNİB

AXCP gənclər komitəsinin üzvü Cabbar Savalanın asaxlanılmasını araşdıran Siyasi Azadlıqların Müdafiə Alyansı ciddi prosedur pozuntulara yol verildiyini bildirir.
Baş verənləri siyasi ayrı-seçkilik kimi qiymətləndirən SAMA Cabbar Savalanın ictimai fəaliyyətinə görə saxlandığını bildirir, ona qarşı irəli sürülmüş ittihamı pisləyir.

Fevralın 5-ində Sumqayıtda polisin saxladığı AXCP Gənclər Komitəsinin üzvü Cabbar Savalan haqqında Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) cinayət işi açılıb. Bu məddəyə görə üç ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Bu barədə Azadlıqradiosuna Sumqayıt Polis İdarəsindən məlumat verilib.

Cabbar Savalanın vəkillərinin AzadlıqRadiosuna dediyinə görə, çoxsayılı cəhdlərinə baxmayaraq Sumqayıt polisi onlara müdafiə etdikləri şəxslə görüşünə icazə verməyib. Cabbar Savalanı Read more…

Advertisements
Categories: AZE