Cabbar Savalan HAQQINDA

Fevralın 5-i axşam saatlarında AXCP Gənclər Komitəsinin üzvü Cabbar Savalan Sumqayıtda həbs edilib. Cabbar Savalanın 20 yaşı var və Sumqayıt Dövlət Universitetinin Tarix fakültəsinin dördüncü kursunda oxuyur.

Cabbar Savalan

AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlının AzadlıqRadiosuna verdiyi məlumata görə, onun üstündən 0, 17 qram narkotik maddə tapıldığı bildirlir.

Hazırda o Sumqayıt Şəhər Polis idarəsində saxlanılır.

Əbülfəz Qurbanlının bildirməsinə görə, «20 Yanvar» hadisələrinin 21-ci ildönümündə Şəhidlər Xiyabanını ziyarət zamanı polislə müxalifətçilər arasında baş verən qarşıdurmadan sonra o izləndiyini deyirmiş.

Əbülfəz Qurbanlı Cabbar Savalanın cibindən narkotik maddə çıxmasını qurama məsələ sayır.

«Bu birbaşa bizim gənclər komitəsinin və Cabbar Savalanın fəallığı ilə bağlıdır».

Cabbar Savalanın saxlanılmasını araşdıran Siyasi Azadlıqların Müdafiə Alyansı ciddi prosedur pozuntulara yol verildiyini bildirir. Baş verənləri siyasi ayrı-seçkilik kimi qiymətləndirən SAMA Cabbar Savalanın ictimai fəaliyyətinə görə saxlandığını bildirir, ona qarşı irəli sürülmüş ittihamı pisləyir.

AXCP Gənclər Komitəsinin üzvü Cabbar Savalan haqqında Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) cinayət işi açılıb.

Bu məddəyə görə üç ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Bu barədə Azadlıqradiosuna Sumqayıt Polis İdarəsindən məlumat verilib.

Cabbar Savalanın vəkillərinin AzadlıqRadiosuna dediyinə görə, çoxsayılı cəhdlərinə baxmayaraq Sumqayıt polisi onlara müdafiə etdikləri şəxslə görüşünə icazə verməyib.

Cabbar Savalanı iki vəkil, Əsabəli Mustafayev və Anar Qasımov müdafiə edir.

Vəkil Əsabəli Mustafayev deyir ki, bu, ciddi qanun pozuntusudur. Hazırda vəkillər yaranmış vəziyyətlə bağlı Sumqayıt Şəhər Prokuruluğuna müraciət hazırlaylırlar.

Bununla bağlı bir sıra müxalifət partiyalarının Gənclər Təşkilatı və habelə bəzi QHT-lər bəyanat ünvanlayıblar.

  1. March 8, 2011 at 9:56 am

    Dövlət deyildə qardaş

  2. September 24, 2011 at 8:46 pm

    Azerbaycanda qanun deyilen bir anlayiw yoxdur.Azerbaycanda yalniz bir anlayiw var.PUL! Ve onlarin qarisinda mane olan insanlarin olmamasi! Dovlet de bu qanuna uygunluq esasinda qurulub.Ve bu dovlet mene uwaglarin qurdugu oyuncag evlere benzeyir.Sanki kimse ayagini yere berkden vursa hamisi ucun tokulecek…

  1. No trackbacks yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: