Gənc fəal Cabbar Savalanlının məhkəməsi üzrə hazırlıq iclası keçiriləcək.
Aprelin 15-də saat 12:00-da Sumqayıt şəhər məhkəməsində hakim İlqar Məmmədovun sədrliyi ilə AXCPGənclər Komitəsinin üzvü Cabbar Savalanlının barəsində CM-in 234.1-ci maddəsi ilə (qanunsuz narkotik maddə saxlama) hazırlıq iclası keçiriləcək.
Vəkil Anar Qasımovun Turana verdiyi məlumata görə, müdafiə tərəfi hazırlıq iclasında həbs qəti-imkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi, eləcə də cinayət işinin təkrar ibtidai istintaqa göndərilməsi üçün vəsadətlər qaldırmaq niyyətindədir.
Xatırladaq ki, Cabbar Savalanlı Sumqayıt şəhərində narkotik (0.17gr həşiş) saxlamaq ittihamı ilə həbs edilib. Məhəkəmə onu 3 ilədək azadlıqdan məhrum edə bilər.
Savalanlının hüquqlarının müdafiə komitəsi onun həbsini siyasi sifariş sayır və müdafiəsi üçün aksiyalara başlayacağını bəyan edib. Hakimiyyət gənc fəalı yanvarın 20-də müxalifətin Şəhidlər Xiyabanına doğru yürüşündə iştirakına görə cəzalandırıb. Həmin vaxt müxalifətçilərin əllərində tutduğu plakatlara görə onlarla polis arasında qarşıdurma baş vermişdi.
Savalanlının 20 yaşı var. Sumqayıt Universitetinin tarix fakültəsinin tələbəsidir. Ötən ilin noyabrında AXCP sıralarına daxil olub. /Turan/

Advertisements
Categories: Uncategorized
  1. No comments yet.
  1. No trackbacks yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: