Home > AZE > “Dalğa” GH Cabbar Savalanlının həbsini pisləyən bəyanat verdi !

“Dalğa” GH Cabbar Savalanlının həbsini pisləyən bəyanat verdi !

February 9, 2011 Leave a comment Go to comments

Dalğa Gənclər Hərəkatı AXCP Gənclər Komitəsinin fəalı Cabbar Savalanlının həbsini pisləyən bəyanat yayıb. Hərəkat bəyanatda dövlət qurumlarını ədalətli qərar verməyə çağırıb.

“Alma”-ya hərəkatdan daxil olan bəyanatda deyilir: “5 Fevral 2011-ci ildə polis tərəfindən şərlənərən, narkotik saxlama kimi qondarma ittihamla həbs edilən AXCP Gənclər Komitəsinin fəalı Cabbar Savalanlının saxlanılmasını, məhkəmənin 2 ay müddətinə həbs-qətimkan tədbirinin seçməsini qəti şəkildə pisləyirik.

Hesab edirik ki, bu hadisə Azərbaycanda gənclərin siyasi baxışlarının formalaşmasının qarşısını alan bir addımdır. Bu olay ətrafında bütün ictimai aktiv gəncləri həmrəy olmağa çağırırıq. Dalğa Gənclər Hərəkatı olaraq daim insan haqlarının keşiyində durmuşuq. Hər zaman bu cür halların baş verməsini pisləmişik. Bu cür hallar Azərbaycan Respublikasının gənclər siyasətinə, ölkənin beynəlxalq nüfuzuna, gənclərin dövlətə olan inamına və gənclərlə dövlətin arasındakı əlaqədə uçurumun yaranmasına gətirib çıxarır.

Ümid edirik ki, məhkəmə absurd ittihamla saxlanılan gəncin azad olunması barədə ədalətli qərar çıxaracaq. Əks təqdirdə, biz hərəkat olaraq haqqın öz yerini tapması üçün bütün resurslarımızı səfərbər edib, konstitutsiya ilə bizə verilmiş hüquqlardan istifadə edərək vətəndaşlıq vəzifəmizi yerinə yetirəcəyik.

Dalğa Gənclər Hərəkatı olaraq Cabbar Savalanlının Hüquqlarının Müdafiə Komitəsinə üzv olmağımız və orda aktiv fəaliyyət göstərməyimiz barədə qəti qərar veririk.”

Advertisements
Categories: AZE
  1. February 9, 2011 at 9:09 pm

    Sorry to write in English. I am thinking of you and hoping for your release and freedom soon. Your courageous efforts and those of your friends and colleagues on behalf of democracy and human rights in Azerbaijan are inspiring to all of us around the world. I wish you all the best for your personal freedom, success in your studies, and progress in your good work.

    In solidarity,

    Art Kaufman
    Senior Director
    World Movement for Democracy

  1. No trackbacks yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: