Home > AZE > Cabbar Savalanla bağlı ABŞ-ın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Metyu Brayzaya müraciət

Cabbar Savalanla bağlı ABŞ-ın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Metyu Brayzaya müraciət

February 8, 2011 Leave a comment Go to comments

Cabbar Savalanla bağlı ABŞ-ın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Metyu Brayzaya müraciət

Hörmətli səfir, Brayza

Biz, demokratiya, söz və ifadə azadlığı, insan haqları kimi ümumbəşəri dəyərlərin ölkəmizdə bərqərar olması uğrunda mübarizə aparan insanlar olaraq, Sizin Azərbaycanda təmsilçisi olacağınız ABŞ dövlətinin bu dəyərləri verdiyi qiyməti bilirik. Sizin də ölkəmizdə fəaliyyət göstərəcəyiniz zaman sadaladığımız dəyərlərin müdafiəçisi rolunda çıxış edəcəyinizə inanırıq.

Hörmətli səfir, Brayza

Diqqətinizə çatdıraq ki, fevral ayının 5-də AXCP gənclər təşkilatının üzvü Cabbar Savalan axşam saatlarında Sumqayıtda yaşadığı binanın yaxınlığında saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) cinayət işi açılıb. Fevral ayının 7-də isə Cabbar Savalan barəsində 2 aylıq həbs qət-imkan qərarı çıxarılıb. Gənc fəal polisdə saxlanıldığı müddətdə vəkilləriylə və ailəsiylə görüşə icazə verilməyib.

Biz, Cabbar Savalanın qanunsuz olaraq həbs edildiyini və bu həbsin Azərbaycan hakimiyyətinin ölkədə siyasi repressiyanın növbəti dalğasının davamı olduğunu bilirik. Cabbar Savalana qarşı yönəlmiş ittihamın tamamilə qondarma olduğunu, bunun Azərbaycan hüquq-mühafizə orqanlarının dəfələrlə təcrübədən keçirilmiş əməli olduğu qənaətindəyik. C. Savalanın həbsinin Azərbaycanda mövcud olan demokratik düşüncəli gənclərin qorxudulması və onların hakimiyyətə qarşı səsləndirdikləri tənqidi fikirlərinin dayandırılması məqsədilə həyata keçirildiyi fikrindəyik.

Hörmətli cənab, Brayza

Bütün bu hadisələr Sizin ölkəmizdə fəaliyyətə başlamanızla eyni zaman düşür. Biz, Sizin Cabbar Savalanın qanunsuz həbsinə qarşı səssiz qalmayacağınız, ABŞ səfirliyinin bu kimi məsələlərdə hər zaman sərgilədiyi həssas yanaşmaya son hadisədə də rast gələcəyimizə inanırıq.

Xahiş edirik ki, yaxın günlərdə səfir etimadnamənizi prezident İlham Əliyevdən aldığınız zaman görüşünüzdə Cabbar Savalanın qanunsuz həbsi ilə bağlı məsələni də İlham Əliyevə çatdırasınız! Azərbaycan hakimiyyətini bu kimi məsələlərdə dözümlü və səbirli olmağa səsləyəsiniz.

Düşünürük ki, Sizin bu məsələdə nümayiş etdirəcəyiniz həssas davranış ümumilikdə söz və ifadə azadlığı, insan haqları və demokratiya kimi ümumbəşəri dəyərlərə olan münasibətinizi göstərəcək.

Göstərəcəyiniz həssaslığa görə sizə təşəkkürümüz bildiririk.

Cabbar Savalanın Hüquqlarının müdafiə komitəsi

Advertisements
Categories: AZE
  1. seymur
    February 8, 2011 at 11:38 am

    Seymur Həziyev

  1. No trackbacks yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s